İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

1066 23.10.2022 05:00 İdman A A

“Qeyri-adi hisslər keçirirəm. Artıq ölkəmi beynəlxalq arenada təmsil etmək şansımın olduğu üçün doğmalarımın da necə xoşbəxt olduqlarını təsəvvür edirəm”.

Musavat.com xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Azər Əliyev Azərbaycan pasportu alması ilə bağlı klubun saytına açıqlamasında deyib.

Bakını çox bəyəndiyini, klubda hər şeyin onu qane etdiyini bildirən futbolçu milli komanda ilə bağlı fikirlərini də bölüşüb:

“Bakını çox bəyənirəm. Rahat şəraitdə oynamağa və məşq etməyə imkan verən çox yaxşı havası var. Gözəl şəhərdir. Burada olmayan bütün dostlarıma deyirəm ki, onlar belə gözəllik görməyiblər. Klubda da hər şey yaxşıdır, məni qane edir. Düzdür, bəzən çətinliklər olub, amma ümid edirəm ki, hər şey arxada qalıb, qarşıda bizi yalnız yaxşı şeylər gözləyir. Tezliklə milli komandada debüt edəcəyimə və qarşıya qoyulan vəzifələrin həllində milliyə kömək edə biləcəyimə ümid edirəm”.

Oyunçu zünü daha çox hansı mövqedə yaxşı hiss etməsi ilə bağlı danışarkən qeyd edib ki, universal futbolçu kimi hər mövqeyi özünəməxsus şəkildə bəyənir:

“Standart ifadələrlə deyə bilərəm ki, istənilən mövqedə faydalı olmağa hazıram, amma yenə də müdafiənin sol cinahında oynamağı daha çox xoşlayıram. Bununla belə, 23 yaşıma qədər gah sağ cinah yarımmüdafiəçisi mövqeyində, gah da hücumçunun arxasında çıxış etmişəm”.

Komandanın hazırkı vəziyyəti haqqında danışan Azər Əliyev qarşıdakı “Sabah”la matça da toxunub:

“Sabah” yaxşı məşqçisi olan iddialı komandadır. Lakin təbii ki, biz hər bir matçda olduğu kimi, bu dəfə də meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR