İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi" Bojoviçi GÖNDƏRDİ

665 26.05.2024 15:49 İdman A A

"Neftçi" klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqaviləsinin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR