İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi” 8 legionerlə danışıqlar aparır – SON DƏQİQƏ

738 07.08.2023 12:28 İdman A A

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində «Beşiktaş»a rəqib olan «Neftçi» transfer çalışmalarını sürətləndirib.

Bu barədə sportinfo.az-a paytaxt klubundan məlumat verilib.

Hazırda müxtəlif mövqelər üzrə 8 legionerlə danışıqlar apaırılr.

Belə ki, baş məşqçi Adrian Mutu rəhbərlikdən minimum dörd transfer əməliyyatının aparılmasını istəyir.

Rumıniyalı çalışdırıcı sağ cinah müdafiəçisi, sağ cinah vingeri, dayaq yarımmüdafiəçisi və mərkəz hücumçusu mövqelərini gücləndirməli olduqları barədə raport hazırlayıb.

“Neftçi” bu yay Emil Balayevi “Səbail”dən geri qaytarıb. Həmçinin Filip Ozobiçlə Qara Qarayev “Qarabağ”dan heyətə cəlb olunub.

Yuri Matias, Mark Tamaş, Ervin Koffi və Andre Sinyaşiki də bu yay müqavilə bağlanan legionerlərdəndir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR