İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada avtomobil yanıb

634 10.09.2022 22:30 Hadisə A A

Neftçalada minik avtomobili yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala şəhər sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ədalət Qəhrəman oğlu idarə etdiyi “Daevo Nexia” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi anidən yanmağa başlayıb.

Yaxınlıqdakı adamların köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil yararsız hala düşüb.

Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR