İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarının SON QİYMƏTLƏRİ

3930 01.06.2026 09:49 İqtisadiyyat A A

Ötən həftənin sonlarında İranla ABŞ arasında razılaşmanın tezliklə əldə olunması xəbərləri ilə qiymətlər enən dünya neft bazarı tərəflərin bir-birinə yeni zərbələri ilə bağlı məlumatlar fonunda yeni həftəyə bahalaşma ilə start verib.

Musavat.com xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin iyul fyuçersləri 1 barel üçün 2 dollara yaxın bahalaşaraq 93 dollar olub.

Nyu-Yorkun NYMEX birjasında WTI  neftinin qiyməti isə 2,5 dollara yaxın artmaqla 90 dollara yaxınlaşıb.

Analitiklərə görə, ABŞ ən azı qarşıdan gələn dünya çempionatı və İstiqlaliyyətin 250 illiyi tədbirləri sona çatana qədər İrana qarşı hərbi əməliyyatları bərpa etməyəcək. Bu isə neft bazarında qiymətlərin 90-100 dollar arasında dəyişməsini şərtləndirəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR