İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik ilin son günləri ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ etdi

1973 27.12.2023 11:37 Son xəbər A A

Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Musavat.com-a verilən məlumata görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, nazirlik vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR