İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik binasında QALMAQAL - Hüquqşünasla nazir əvəzi dalaşdı

1691 19.04.2023 18:11 Son xəbər A A

Naxçıvanda nazirlə hüquqşünas arasında qalmaqal yaşanıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.

Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.

Adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR