“Bu gün müzakirə olunan mövzulardan biri nəqliyyat sahəsində əməkdaşlıq idi. Ölkələr mövcud potensiallarından da istifadə edərək yaxın ölkələrə çıxış imkanlarından yararlana bilərlər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə intensiv əməkdaşlığı var:
“Orta dəhlizin əhəmiyyəti ildən-ilə artır. Orta Dəhlizdə Ələt İqtisadi Zonasının regiona birbaşa çıxışı var. Bu, iordaniyalı investorlar üçün böyük imkanlar yaradır. Eyni zamanda Azərbaycandan enerji resurslarının ixracı həyata keçirilir. İordaniya, Azərbaycan və Türkiyənin Aralıq dənizi hövzəsində əməkdaşlığı üçün geniş imkanlar var”.
Nigar Həsənli
Musavat.com






