İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir oxşarını təltif etdi – FOTO

10613 18.03.2026 10:13 Ölkə A A

Cəlilabad rayonunda Aqrar Biznes Festivalı keçirilib.

Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Çıxışlardan sonra Aqrar Biznes Festivalında fəal iştirakına və tədbirin təşkilinə göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Onlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynallı da var.

Ona mükafatı nazir Emin Əmrullayev təqdim edib. Çəkilən fotolarda onların biri-birinə oxşarlığı diqqətdən yayınmayıb.

Qeyd edək ki, əvvəllər “ASAN Radio”da aparıcı-redaktor vəzifəsində çalışan R.Zeynallı 2021-ci il may ayından AKİA-da çalışır.\\yenisabah

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR