İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir büdcəyə ediləcək dəyişikliyin səbəblərini açıqladı

1130 06.05.2023 14:32 İqtisadiyyat A A

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkə qarşısında duran vəzifələrin icrası üçün 2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb”.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, əsas istiqamətləri Prezident İlham Əliyev öz çıxışında göstərib.

“İlk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramı sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulub”, - deyə nazir qeyd edib.

S.Şərifov əlavə edib ki, dövlət büdcəsinə düzəlişlər qanunvericiliyə uyğun olaraq, may ayının 15-dən tez Milli Məclisə təqdim olunmur və bu təqvimə riayət ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR