İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir AÇIQLADI: Sülhməramlılar Qarabağdan bu tarixdə çıxır - Üzeyir Cəfərovla CANLI

1191 29.12.2023 11:18 Siyasət A A

Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlılarının nə vaxt çıxacağını açıqlayıb.

Nazir bildirib ki, liderlər səviyyəsində imzalanan üçtərəfli bəyanat var və orada sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub.

Qarabağda erməni separatizmi məhv edildikdən sonra da Azərbaycan ictimai rəyində “sülhməramlıların qalma müddəti uzadıla bilərmi” sualları hələ də müzakirə mövzularından biridir. Üç amil bunun mümkünsüz olduğunu deməyə əsas verir.

Birincisi, 10 noyabr bəyanatının özüdür: bəyanatın 4-cü bəndində qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Yəni tərəflərdən biri - Azərbaycan, yaxud Ermənistan sülhməramlıların fəaliyyətinə xitam verilməsini istəsə, onların qalma müddəti uzadılmır; artıq həmin tərəflərdən biri – Ermənistan de-yure və de-fakto prosesin iştirakçısı deyil, beləliklə, 2025-ci ilin noyabr ayından sonra sülhməramlıların qalma müddətinin ümumiyyətlə uzadılmasının müzakirəsinə də ehtiyac yoxdur.

İkincisi, sülhməramlılara ehtiyacın qalmamasıdır: Rusiya kontingentinin əsas missiyası “atəşkəsə” nəzarət etmək və mülki əhalinin “təhlükəsizliyini” qorumaq idi, lakin Qarabağdan Ermənistan ordusunun qalıqları çıxarıldığı, erməni separatizmi ləğv edildiyi və erməni əhalisi kütləvi şəkildə getdiyi üçün belə bir “əsas” qalmayıb.

Üçüncüsü, “mülki əhalinin qorunması” perspektivi də qalmayıb: erməni əhalisinin bir qismi yenidən Qarabağa köçərsə, hesab etmək olar ki, Rusiya bundan sülhməramlıların qalması üçün bəhanə kimi istifadə edəcək, hərçənd, praktiki olaraq bu variant da keçərli deyil.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Üzeyir Cəfərovla söhbətləşir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR