İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naxçıvandakı Kərki kəndinin geri qaytarılması da prioritetlər sırasındadır”-ŞƏRH

886 24.05.2024 13:54 Siyasət A A

 

“Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması, Azərbaycan sərhəd qoşunlarının həmin ərazidə xidmətə başlaması gələcək delimitasiya və demarkasiya prosesi üçün mühüm presendentdir. Delimitasiya və demarkasiya olduqca çətin və mürəkkəb məsələləri əhatə edir. Azərbaycan isə qısa müddət ərzində Qazax istiqamətində həm delimitasiya, həm də demarkasiya  üzrə nailiyyət əldə etdi”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert yaxın zamanda Azərbaycanın əldə edə biləcəyi uğurlardan danışıb: “Hesab edirəm ki, Azərbaycan Qazaxın digər 3 kəndinin geri qaytarılması üçün danışıqları gücləndirəcək. Eyni zamanda Naxçıvandakı Kərki kəndinin  geri qaytarılması da prioritetlər sırasındadır. Azərbaycan bu prosesi maksimum tezləşdirmək istəyir. Ermənistan isə delimitasiya prosesinin 1976-cı il xəritələri əsasında aparıldığını bildirsə də, ortada İrəvanın açıqlamadığı bəzi məqamlar var. Söhbət Azərbaycanın maksimalist maraqlarından gedir. Mən bu ifadəni işlətməkdən heç vaxt çəkinməmişəm.

Çünki Azərbaycan qalib dövlətdir. Regionda geosiyasi oyunçuya çevrilir və onun maksimalist maraqlarının təmin olunası vacibdir. Sadəcə olaraq Paşinyan hələ ki, 1976-cı il xəritələrini gündəmə gətirməklə bir növ özünü sığortalamış olur və erməni cəmiyyətini daha böyük dəyişikliklərə hazırlamaq məqsədini güdür. İstənilən halda proses Azərbaycanın xeyrinədir. Azərbaycan tədricən digər ərazilərdə də ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək. Onu da qeyd etmək olar ki, Azərbaycan Sərhəd Qoşunlarının delimitasiya və demarkasiya olunmuş ərazilərdə xidmət aparması gələcəkdə Qazaxın digər 3 kəndinə gedən kommunikasiya yollarının açılmasının təhlükəsizliyinə zəmanət verir”.

 

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR