İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda qadın sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

488 08.06.2023 18:21 Hadisə A A

Naxçıvan Muxtar Respublikasında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonunun Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şərur rayonunun Çəmənli kənd sakini 1985-ci il təvəllüdlü Gülay Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobil həmin rayonun Kosacan kənd sakini 1988-ci il təvəllüdlü Ağa Tağıyevə məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində sürücü Gülay Əsədova xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR