İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvan Muxtar Respublikasının Baş naziri Musavat.com-a danışdı - FOTOLAR

5613 14.11.2023 10:08 Ölkə A A

Milli Məclisdə noyabrın 13-dən başlayan 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsində Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov da iştirak edir.

Musavat.com Muxtar Respublikanın Baş nazirindən özəl açıqlama alıb.

Maraqlıdır, Naxçıvan bölgəsində həyata keçirilən islahatlardan sonra Muxtar Respublikanın həyatında hansı dəyişikliklər baş verib.

Saytımıza açıqlamasında Səbuhi Məmmədov bildirib ki, Muxtar Respublikada həyata keçirilən islahatlar cənab Prezidentin müvafiq fərmanı ilə yeni idarəetmə institutunun yaradılması, ictimai, sosial, iqtisadi sahələrdə problemlərin həllini tapmasına imkan yaradıb:

WhatsApp Image 2023-11-14 at 09.59.51.jpeg (305 KB)

“Sosial-iqtisadi həmçinin sənayə və enerji potensialının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb ki, bütün bunlar ölkə başçısının bir başa diqqət və qayğısının nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının icrası iqtisadiyyatın daha da gücləndirilməsinə, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişafını təmin edəcək, həyata keçirilən tədbirlər yeni iqtisadi çağırışlara uyğun olaraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə şərait yaradacaq”.

Baş nazir əlavə edib ki, cari ilin 10 iyununda Muxtar Respublikada ümumi məhsul istehsalı 1 milyard 317 milyon manat olub:

“Pərakəndə ticarət dövriyyəsi ciddi həcmdə artaraq 1 milyard 7 milyon manat olub. 2023-cü ilin 10 ayında Muxtar Respublikada 4374 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunun 89.6 faizi fiziki, 10.4 faizi hüquqi şəxslərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2.1 dəfə, Əlavə Dəyər Vergisi ödəyicilərinin sayı 26.7 faiz artıb”.

​Baş nazirin bildirdiyinə görə, 2024-cü ildə Muxtar Respublikada dövlət büdcəsinin gəlirləri 173.1 milyon manat məbləğində porqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 20.9 milyon manat və ya 13.7 faiz çoxdur:

WhatsApp Image 2023-11-14 at 09.59.49.jpeg (282 KB)

“2024-cü il üçün respublika büdcəsində proqnozlaşdırılan dotasiyanın məbləği 343.3 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü il büdcəsində təsdiq olunmuş 458.8 milyon manat dotasiya məbləğindən 109.5 milyon manat və ya 24.2 faiz azdır.

2024-cü il Muxtar Respublika dövlət büdcəsinin xərcləri 516.4 milyon manatdır. 2023-cü illə müqayisədə - 605 milyon manat - 88.6 milyon manat və ya 14.7 faiz azdır.

​2024-cü il büdcə xərclərinin azalmasının əsas səbəbi xərclərin optimallaşması, bir sıra dövlət orqanlarının saxlanılma xərclərinin mərkəzə ötürülməsidir”.

Qeyd edək ki, Səbuhi Məmmədov muxtar respublikanın Baş naziri vəzifəsinə 2020-ci ilin mayında təyin olunub. S.Məmmədov ondan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR