İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıdan sonra növbə Kara-Murzadadır?

1019 23.02.2024 16:10 Son xəbər A A

Rusiyanın Smolensk vilayətində həbsxanada cəzasını çəkən rusiyalı müxalifətçi İlya Yaşin dünya liderlərini daha bir müxalifətçi Vladimir Kara-Murzanın tezliklə azadlığa buraxılmasını tələb etməyə çağırıb.

Musavat.com xəbər verir ki, onun müraciəti sosial şəbəkələrdəki hesablarında yayılıb.

Yaşin Aleksey Navalnının koloniyada ölümündən sonra (İlya Yaşin bunu qətl adlandırır) Kara-Murzanın taleyindən xüsusilə narahat olduğunu yazıb.

“Başa düşürəm ki, mənim sözlərim səhrada ağlayan səs kimidir. Lakin Vladimir Kara-Murza xilas edilməlidir. Onun həyatına real təhlükə yaranıb”, - deyə İlya Yaşin qeyd edib.

O, BMT rəhbərliyinə, ABŞ prezidentinə, Aİ ölkələrinin liderlərinə müraciət edərək Kara-Murzanın tezliklə azad edilməsinə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə etmələrini xahiş edib.

Qeyd edək ki, 2023-cü ilin aprelində Vladimir Kara-Murza “vətənə xəyanət”, “arzuolunmaz təşkilatla əməkdaşlıq” və “Rusiya ordusu haqqında saxta məlumatlar yaymaq” ittihamları ilə ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edilib. Kara-Murza cəzasını Omsk vilayətindəki İK-7 həbsxanasında çəkir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR