İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı ilə bağlı ŞOK - İşin içində Roman Abramoviçin də adı keçir

1180 26.02.2024 15:26 Son xəbər A A

“Aleksey Navalnı ölüm ərəfəsində Berlində qətl törətməkdə təqsirli bilinən rus kəşfiyyatçısı Vadim Krasikovla mübadilə edilməli imiş”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddianın müəllifi Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Mariya Pevçixdir.

Pevçix bununla bağlı yutubda xüsusi müraciət yayımlayıb. Onun sözlərinə görə, fevralın 15-i axşam mübadilə üzrə danışıqların son mərhələdə olduğu barədə təsdiq alıb. Lakin ertəsi gün Navalnının ölüm xəbəri yayılıb.

Mariya Pevçixin dediyi kimi, Ukraynada müharibə başlayandan sonra Navalnının tərəfdaşları müstəntiq Xristo Qrozevin köməyilə onun və digər siyasi məhbusların Rusiya casusları ilə dəyişdirilməsinin mümkünlüyü üzərində işləməyə başlayıblar. Navalnının Krasikovla dəyişdirilməsi ideyasını isə Putinə iş adamı Roman Abramoviç verib. Hətta Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Vadim Krasikovu “vətənpərvər” adlandırıb və onun dəyişdirilməsi ilə bağlı danışıqlara işarə vurub.

Lakin fevralın 16-da Navalnının ölümü bu sövdələşməni pozub. Pevçix bu məsələdə birbaşa Kremli günahlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR