İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Serbiya və Kosovonu gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb

356 08.11.2022 14:33 Dünya A A

NATO-nun Baş katibi Yens Stoltenberq Serbiya və Kosovo hökumətlərini iki ölkə arasında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Y.Stoltenberq Kosovonun şimalında avtomobil nömrə nişanları ilə bağlı yaranmış gərginliklə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə telefon danışığı apardığını bildirib.

Tərəfləri gərginliyi artıracaq birtərəfli hərəkətlərdən çəkinməyə çağırdığını deyən NATO-nun Baş katibi iki ölkə arasında yeganə çıxış yolunun dialoq olduğunu qeyd edib.

Y.Stoltenberq NATO-nun Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) vəziyyəti nəzarətdə saxladığını deyib.

Qeyd edək ki, Kosovo serbləri ötən günlərdə Kosovo qurumlarındakı vəzifələrindən istefa verdiklərini açıqlayıb və etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, Serbiya ordusu keçən həftə iki ölkə sərhədində yerləşən Raska şəhəri yaxınlığında aşkar olunan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirmişdi. Serbiya Prezidenti A.Vuçiç isə Kosovo ilə mümkün gərginliyə görə orduya “hazır olun” əmri vermişdi.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini bildirmişdi. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq, iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlamış, yollarda barrikadalar qurmuşdu. Bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Oktyabrın sonlarında isə avtomobil nömrə nişanı öhdəliyi ilə bağlı qaydaların tətbiqinin 2023-cü ilin aprel ayınadək təxirə salındığı açıqlanmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR