İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun ən böyük bazası bu ölkədə TİKİLİR

891 18.03.2024 14:27 Dünya A A

Rumıniyada NATO-nun Avropadakı ən böyük bazasının tikintisinə başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Qeyd olunub ki, 10 min hərbçi üçün nəzərdə tutulan NATO bazasının tikintisi 2,5 milyard avroya başa gələcək.

Sahəsi 2,8 min hektar olan baza Konstansa rayonunda yerləşir. Yeni bazada uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar yerləşəcək.

Rumıniyalı ekspert Dorin Popesku bazanın tikintisi ilə bağlı qərarın Ukraynadakı hərbi münaqişə fonunda verildiyini iddia edir. 

Xatırladaq ki, martın əvvəlində Albaniyada NATO-nun Qərbi Balkanlarda ilk bazası açılıb. Hava bazası paytaxt Tiranadan 80 km cənubda yerləşir və alyansın bu ölkədəki ən böyük layihəsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR