İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun baş katibi: “Müttəfiqləri qorumaq üçün 5-ci maddəni tətbiq edə bilərik”   

632 25.05.2024 11:28 Dünya A A

NATO-nun baş katibi Yens Stoltenberq alyansın irimiqyaslı kiberhücumlara cavab verməyə hazır olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, “The Economist”ə müsahibəsində NATO-nun baş katibi bildirib ki, alyans kütləvi kiberhücumlar zamanı Vaşinqton müqaviləsinin 5-ci maddəsini tətbiq edə bilər: “Bundan öncə Aİ və NATO Rusiyanı Almaniya və Çexiyaya qarşı kiberhücumlarda ittiham edirdi. Əgər onlar irimiqyaslıdırsa biz 5-ci maddəni tətbiq edə və NATO müttəfiqlərini təkcə kiberməkanda deyil, digər sahələrdə də qorumaq üçün reaksiya verə bilərik”. “The Economist” qeyd edir ki, Yens Stoltenberqin xəbərdarlığı Rusiyaya aiddir.

Xatırladaq ki, Vaşinqton müqaviləsinin 5-ci maddəsində NATO ölkələrinin kollektiv müdafiəsi prinsipləri var. Buna əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün alyansa hücum hesab olunur.

Mayın əvvəlində Avropa İttifaqı və NATO Rusiyanın APT28 qrupu tərəfindən həyata keçirildiyi iddia edilən kiberhücumları pisləyən bəyanatlar verib. Bəyanatda deyilir ki, hücumlar Çexiyadakı qurumları və Almaniyadakı Sosial Demokrat Partiyasını (SDP) hədəf alıb. Almaniya diplomatik xidmətinin məlumatına görə, həmin gün Xarici İşlər Nazirliyi Rusiya səfirini 2023-cü ildə rus hakerləri tərəfindən törədilmiş haker hücumu ilə əlaqədar çağırıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok izah edib ki, söhbət SDP deputatlarının elektron poçtlarının sındırılmasından gedir.

Aprelin əvvəlində isə Çexiyanın nəqliyyat naziri Martin Kupka bildirib ki, ölkə hakimiyyəti kiberhücumlar vasitəsilə “nəqliyyat sistemini zəiflətmək üçün minlərlə cəhd”lə bağlı Rusiyadan şübhələnir. Onun sözlərinə görə, haker kampaniyasına Ukraynada hərbi əməliyyatlar başlayandan sonra dəmiryol daşıyıcısının “Ceske Drahy”nin siqnalizasiya sistemlərinə və şəbəkəsinə hücumlar daxildir.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR