İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ABŞ-ın miqrasiya mübahisələrinə müdaxilə edir

274 30.01.2024 13:40 Dünya A A

ABŞ-da səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq konqresmenləri Ukraynaya 61 milyard dollarlıq yardım paketinin tez bir zamanda təsdiqlənməsinin vacibliyinə inandırmağa hazırlaşır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qeyri-qanuni miqrantların Meksika ilə sərhəddən ABŞ-da daxil olmasına görə onun qəbulu dayandırılıb. Çünki sərhəd təhlükəsizliyinə ayrılan vəsaitlərlə bağlı respublikaçılar və demokratlar razılığa gələ bilmirlər.

Respublikaçılar partiyası Ukrayna və sərhəd məsələlərini bir-birilə əlaqələndirir. Bundan əlavə, seçki kampaniyasının maraqları naminə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üçün mümkün qədər böyük maliyyə vəsaitinin ayrılmasını israr edən Donald Tramp mübahisəyə müdaxilə edib.

Stoltenberqin səfər proqramına yanvarın 30-da Konqresin hər iki palatasının üzvləri, o cümlədən demokratların və respublikaçıların fraksiyaların liderləri ilə planlaşdırılan görüş daxildir.

NATO-nun baş katibi Pentaqon rəhbəri Lloyd Ostin, dövlət katibi Entoni Blinken və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla söhbətindən sonra ertəsi gün onlarla danışıqlar aparacaq. Üç mühüm görüşün birləşdirilməsi faktı Stoltenberqin konqresmenlərlə danışıqlarının vacibliyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR