İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsiri altında TIR sürən şəxs həbs edilib - FOTO

703 16.06.2023 11:18 Kriminal A A

Lənkəranda narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs olunub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan “DAF" markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı üçün ondan müvafiq müayinədən keçməsi tələb edilib. Lakin Lənkəran rayon sakini olan sürücü Orxan Ağazadə polis əməkdaşının qanuni tələbinə məhəl qoymadan nəqliyyat vasitəsini yüksək sürətlə, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə edərək oradan uzaqlaşsa da bir qədər sonra saxlanılaraq müvafiq müayinədən keçirilməsi təmin edilib.

Onun psixotrop maddə istifadə etdiyi müəyyən edilib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs edilməklə 400 manat cərimə olunub.

TİR.jpg (125 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR