İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs olunub

302 09.12.2022 13:03 Hadisə A A

Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.

DİN-dən Musavat.com-a verilən məlumata görə, dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR