Məşhur aktrisa, müğənni Defne Samyelinin qızı Derin Talu paylaşımına görə tənqid atəşinə tutulub.
Musavat.com xəbər verir ki, 23 yaşlı Derin öz paylaşımında qeyd edib:
“Ətrafınızda qısqanc insanların olmasını istəmirsinizsə, çirkin qızlarla dostluq etməyin. Bu qədər sadə. Qısqanc insanların hamısı ya çirkin, ya da kök olur. Dostlarımın gözəl olmasını istəyirəm, çünki o zaman məni qısqanmırlar”.
Derin Talu sosial media paylaşımları və açıqlamaları ilə tez-tez gündəmə gələn tanınmış simalardan biridir. Son vaxtlar məşhurlara qarşı keçirilən narkotik əməliyyatı zamanı testinin pozitiv çıxması ilə müzakirə mövzusu olmuş, daha sonra yeni test etdirdiyini və nəticələrin “tamamilə neqativ” olduğunu bildirərək, “Heç vaxt narkotik istifadə etməmişəm” demişdi.
Musavat.com






