İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik alverindən kütləvi istehlaka: Paşinyan hakimiyyətini bu cür səciyyələndirildi

555 23.05.2023 21:25 Region A A

Narkotik ticarətinin belini qıracağına söz verən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanı narkotiki kütləvi istehlak edən ölkəyə çevirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı müxalifət blokunun üzvü, deputat Areqnaz Manukyana məxsusdur.

Deputat parlamentin tribunasından Nikol Paşinyanın narkotik alverinin belini qıracağına söz verdiyi seçki çıxışının səs yazısını işə salıb. Onun sözlərinə görə, bu bəyanat Paşinyanın yerinə yetirilməmiş vədlərindən biridir.

Manukyan Paşinyan komandasının üzvlərinin bir vaxtlar marixuananın leqallaşdırılmasını açıq şəkildə dəstəklədiyini xatırladıb
Erməni deputatın iddiasına görə hakim elitanın bəzi nümayəndələrinin bu qanunsuz bizneslə birbaşa əlaqəsi var.

İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilən 3 ton kokainin qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdini, eləcə də Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən daha 1 ton kokainin aşkarlanması ilə bağlı faktları xatırladan Manukyana görə, belə böyük həcmdə malın yaxlanması təsadüf deyil. O, ölkənin ali rəhbərliyinə qədər hakimiyyətdə olanların narkotik trafikində birbaşa iştirakı və payı olduğunu söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR