İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

973 25.10.2022 13:52 İdman A A

Avropa Liqasının V turunun “Nant” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Musavat.com-un saytının məlumatına görə, oktyabrın 27-də keçiriləcək matçı danimarkalı ədalət təmsilçiləri idarə edəcək.

“Bojuar” stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Yakob Kehlet olacaq. Ona Lars Hummelqard və Viktor Skitte kömək edəcək. Dördüncü hakim funksiyasını Yorgen Burxardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manşot, onun köməkçisi isə həmyerlisi Rob Dieperink olacaq.

Referilərin işinə almaniyalı hakim-inspektor Peter Sippel qiymət verəcək. UEFA nümayəndəsi isə Amil Gerina (Monteneqro) olacaq.

Qeyd edək ki, “Nant” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR