İnsanlara hürriyət, millətlərə istiqlal!

Nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17.5%-ə qaldırılır-Şərh  

1863 03.11.2022 18:22 İqtisadiyyat A A

 

Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən əlavə dəyər vergisinin (ƏDV) 17,5%-nin geri qaytarılması nəzərdə tutulur.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 10%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.

Bu dəyişiklik özündə nəyi ehtiva edir?

Yeni qaydalar xarici elektron ticarət vasitəsilə alınan mallara da şamil ediləcəkmi?

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu, çox müsbət bir hadisədir:  “ƏDV-nin geri ödənilməsi prosesinə ötən illərdən start verilib. Artıq bu, öz müsbət nəticələrini göstərib. Belə ki, artıq nağdsız ödənişlərin dövriyyəsi ötən illə müqayisədə iki dəfədən çox artıb. Bu il nağdsız ödənişlərin dövriyyəsi iki milyard 240 milyonu keçib və bunun demək olar ki, 40  faizi daxili ticarətin nağdsız ödənişlərinin payına düşüb. Bunu etməkdə məqsəd o idi ki, nağd ödənişlərin faizi ümumi ödənişlərdə azalsın və ya insanlar daha çox nağdsız ödənişləri həyata keçirməkdə maraqlı olsunlar. Əvvəllər nağdsız ödənişlərdə ƏDV-nin geri qayıdan hissəsi 15 faiz idi. Hazırda bu, iki faiz artırılaraq 17 faiz yarım olub. Bunun əsasında hesab edirəm ki, insanlar  mağazalarda və yerli ticarət mərkəzlərində nağdsız ödənişlərə daha çox üstünlük verəcəklər. Belə ki,  ötən il 305 milyon manat ƏDV geriyə qayıtmışdı, yəni insanlara geri dövr edilmişdi. İnsanlar daha da həvəslənib nağdsız ödənişləri həyata keçirirdi”.

1666694112_716.jpg (28 KB)

Ekspert bildirib ki, nağdsız ödənişlərin artırılması dövriyyənin gizlədilməsinin qarşısını alacaq:

 “Bank sektorunun inkişafını təmin edəcək, büdcə gəlirlərini və vergidən yayınma hallarının qarşısını alacaq. Yəni nağd ödənişlərə insanların marağı azalacaq. Bu il əhaliyə qeydiyyatdan keçən qəbzlər üzrə 305 milyon manata yaxın məbləğ geri qaytarılıb və bu, çox əhəmiyyətli, böyük rəqəmdir. Bu da onu deməyə əsas verir ki, bu proqram çox uğurla həyata keçir və bunun böyük effekti var. Hesab edirəm ki, bu, gələcəkdə vergidən yayınma hallarının daha çox qarşısını alacaq. Həmçinin istehlakçıların vəsaitlərinə qənaət etməyə yardım edəcək”.

İqtisadçı əlavə edib ki, bu dəyişiklik bütün dünyada olduğu kimi, beynəlxalq təcrübədəki nağdsız dövriyyənin payını ümumi dövriyyədə artıracaq: “Hazırda nağdsız dövriyyə 45 faizə qədər qalxıb. Halbuki iki il öncə bu, 5-10 faiz təşkil edirdi. O ki qaldı bunun, “trendyol” və bu kimi xarici elektron ticarət vasitəsilə alınan mallara şamil edilməsi məsələsinə,  onlara şamil edilmir: “Yalnız daxildə və müəyyən istiqamət üzrə- ərzaq, tütün məmulatları və spirtli içkilərdən başqa ictimai iaşə müəssisələrində, bəzi klinikalarda da ƏDV-nin tətbiq edilməsi nəzərdə tutulub”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR