İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naftoqaz”da ŞOK ƏMƏLİYYAT: Yüksək vəzifəli şəxs həbs olundu

1130 19.11.2025 15:24 Dünya A A

Ukraynada Dövlət Neft və Qaz Şirkəti “Naftoqaz” ətrafında böyük qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Yaroslav Jezelnıakın sözlərinə görə, NABU (Korrupsiyaya Qarşı Mübarizə Bürosu) və SAP (Xüsusi Antikorrupsiya Prokurorluğu) şirkətin bir sıra yüksək vəzifəli əməkdaşlarına qarşı axtarış və istintaq tədbirlərinə başlayıb.

Məlumatı keçmiş deputat İqor Mosiyçuk da təsdiqləyib. Onun bildirdiyinə görə, Kiyevdə “Naftoqaz”ın Təhlükəsizlik direktoru Vitali Brovko həbs edilib. Brovko bundan əvvəl Ukrayna Baş Prokurorluğunun DBR üzərində nəzarət departamentinin rəisi vəzifəsində çalışıb.

Hazırda NABU, SAP və “Naftoqaz”dən rəsmi açıqlama verilməyib. İstintaqın hansı korrupsiya epizodu ilə bağlı aparıldığı açıqlanmasa da, ölkədə proses ən böyük antikorrupsiya əməliyyatlarından biri kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR