Müğənni Nadir Qafarzadə ötən il vəfat edən bacısı ilə bağlı paylaşım edib.

O, instaqram hesabında Sərvinaz xanımla çəkilən fotosunu paylaşıb.

Qafarzadə bacısının vəfatından bir il ötdüyünü və bu dünyanın əzabından qurtularaq haqq dünyasına qovuşduğunu bildirib:

"Allah sənə rəhmət etsin, bacım! Düz 1 ildir ki, aramızda yoxsan! Düşünürəm ki, bu nahaq dünyanın əzabından qurtarıb haqq dünyasında rahatsan!".

Xatırladaq ki, ifaçının 58 yaşlı bacısı Sərvinaz Müqbilova ötən il xərçəng xəstəliyindən dünyasını dəyişib.//Baku.ws

payy.jpg (68 KB)