İnsanlara hürriyət, millətlərə istiqlal!

Mustafa Cəmiloğlu Ukraynadakı azərbaycanlılarla iftar süfrəsində - VİDEO

503 18.03.2024 14:24 Ölkə A A

Müqəddəs Ramazan ayında Ukraynadakı Azərbaycan diasporunun üzvləri də bir araya gəliblər, özü də Krım tatar türkləri ilə bərabər.

Bu barədə Musavat.com-a diaspor fəalı, iş adamı Yalçın Qəhrəmanoğlu məlumat verib.

İftar süfrəsində Krım türklərinin lideri Mustafa Cəmiloğlu, həmçinin digər tanınmış simalar iştirak edib.

“İslamda vacib buyrulan Ramazan ayının 7-ci günüdür. Müharibənin davam etməsinə baxmayaraq, Ukraynada yaşayan müsəlmanlar oruclarını tutmağa başlayıblar. Burada bu adətləri qoruyanlar, əsasən, yerli və köklü xalqlardan olan Krım tatarlarıdır. Həmçinin ən böyük diasporaya malik toplum olaraq biz azərbaycanlılar da, liderimiz Mustafa Ağa Cəmilovun öndərliyi ilə orucumuzu tutub, iftarımızı açacağıq. Dualarımız çoxdur və ən vacibi bu işğalçı müharibənin durması, torpaqların, Krımın azad olmasıdır. İnanırıq ki, Qarabağın azadlığına nail olduğumuz kimi, Krımı və digər işğalda olan Ukrayna torpaqlarını da azad edəcəyik. Bu torpaqlarda 2 milyon müsəlman yaşayır və onlara öndərliyi də Krım tatarları edir. Bu gün Ramazan süfrələri açan, oruc tutan qardaş-bacılarımıza təşəkkürümüzü bildirir, dualarının qəbul olmasını arzulayırıq. Amin!”, - Y.Qəhrəmanoğlu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR