İnsanlara hürriyət, millətlərə istiqlal!

Musavat.com işıqlandırdı, sakinlərin problemi həll olundu - FOTOLAR

1236 21.05.2024 15:30 Sosial A A

Bu ilin yanvar ayında Nizami rayonu, Məmmədəli Şərifli 9 küçəsində yaşayan sakinlər Musavat.com-a müraciət edərək yaxınlıqda yerləşən parkın zülmət içində olduğunu bildirmiş, bu səbəbdən insanların gediş-gəlişində problemlərin olduğunu qeyd etmişdilər.

Yazıda (https://musavat.com/news/bu-parkda-adam-olse-hec-kimin-xeberi-olmayacaq-fotolar_1036453.html) sakinlər üzləşdikləri çətinliklərlə bağlı ətraflı məlumat vermişdilər. Nizami Rayon İcra Hakimiyyətindən isə saytımıza məsələnin həll olunacağı deyilmişdi.

Qurumdan redaksiyamıza bildirilib ki, artıq ərazidə təmir işləri tam yekunlaşıb, park tam olaraq işıqlandırılıb:

“Nizami rayonunda sakinlərin müraciətlərinə daima diqqətlə yanaşılır, onları narahat edən problemlər öyrənilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Belə ki, M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkın elektrik xətlərində tez-tez baş vermiş qısaqapanmalar nəticəsində sıradan çıxmış işıqlandırma sistemi sakinlərin müraciətləri əsasında demontaj olunaraq yenidən çəkilib, işıq dirəkləri istismar müddətini artırmaq və korroziyadan mühafizə etmək üçün əsaslı təmir olunub, ərazinin işıqlandırılması tam bərpa edilib və sakinlərin istifadəsinə verilib.”

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR