İnsanlara hürriyət, millətlərə istiqlal!

Münxendə növbəti “kokeyjn büro” dramı yaşandı....- Azay Quliyevin yazısı

1225 18.02.2023 22:35 Siyasət A A


Bir az əvvəl Münxen Təhlükəsizlik Konfransında "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda panel müzakirələr başa çatdı.

 
Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etdilər.

Təəssüf ki, moderatorun qeyri-peşəkar və təxribat xarakterli sualları, Ermənistanın Türkiyədəki zəlzələyə görə etdiyi humanitar yardımı qeyri-adi hadisə kimi şişirtməsi, Laçın yolundakı ekofəalların aksiyasını təhrif olunmuş formada təqdim etməsi, Qarabağda mövcud olmayan “humanitar böhran”a diqqəti çəkməsi və nəhayət, Paşinyana xüsusi şərait yaratması müzakirələrin öncədən hazırlanmnış ssenari əsasında təşkil olunması təəssüratını yaratdı və əslində, vəziyyət belə də var idi.
Sanki, bu ssenari öncədən Paşinyan ilə razılaşdırılmışdı...

Məlum olduğu kimi, Cənubi Qafqaza həsr olunan panel haqqında verilən ilkin anonsda Paşinyanın adı iştirakçılar sırasında yox idi və Paşinyan müzakirələrdə iştirak etmək istəmirdi. Cənab Prezident Münxendə yerli telekanallara verdiyi müsahibəsin də bildirdi ki, Paşinyanın paneldə iştirakı haqda məlumat yaxın saatlara qədər mövcud deyildi.

Yəqin, Paşinyan ona görə iştirak etmək istəmirdi ki, o 2020-ci ilin fevralında Prezident Əliyevlə keçirilən canlı debatda düşdüyü rəzil vəziyyətə bir daha düşmək istəmirdi.
Lakin, görünür, təşkilatçılar və panelin moderatoru Paşinyana “xüsusi imtiyazlı debat” vəd etdiyinə görə o son anda paneldə iştiraka razılıq verib.

Müzakirələr zamanı həqiqətən, bəlli oldu ki, moderator Paşinyana söz verdiyi “xüsusi imtiyazlı debat”a əməl etdi və onun üçün xüsusi şərait yaratdı.

Lakin bunların heç biri Paşinyanın növbəti dəfə rəzil vəyiyyətə düşməkdən və biabır olmaqdan xilas edə bilmədi. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də, çox səlis ingilis dilində, həmçinin, sanballı və məntilqi arqumentləri ilə həm moderatorun təxribatçı suallarını neytrallaşdırdı, həm də Paşinyanın Laçın yolu ilə bağlı əsassız iddialarına tutarlı cavab verdi.

Xüsusi diqqəti çəkən məqamlardan biri o idi ki, cənab Prezident həm BMT Nizamnaməsinə, həm də Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini, işğalçı Ermənistana son 28 ildə heç bir sanksiya tətbiq edilmədiyini və beynalxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səssiz qaldığını bir daha dünya bəyan etdi. Azərbayzanın daxili məsələsi kimi Qarabağ erməniləri ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd etdi, lakin bu müzakirələrin Rusiyadan qaçaq yolla Xankəndinə gətirilən cinayətkar Vardanyanla deyil, Qarabağın erməni sakinləri ilə mümkün olacağını bildirdi.

Paşinyan isə Prezident Əliyevin məscidlərimizin işğal zamanı dağıdıdığı və müqəddəs yerlərimizin təhqir olunduğu fikrinə verdiyi cavabla özünü tamamilə biabır etdi. Belə ki, Paşinyan dedi ki, məscidlər sovet dövründə də dağıdılırdı. Bununla, Paşinyan həm deyilən faktları təsdiq etdi, həm də sovetlər zamanında dini abidələrə münasibətin kommunist ideologiyasından qaynaqlanması kimi məlum həqiqətlə şəhər və kəndləri vəhşi və barbarcasına məhv edən Ermənistanın cinayətlərini sadəlövhcəsinə pərdələməyə çalışdı.

Bir sözlə, Münxendə növbəti “kokeyjn büro” dramı və rəzaləti təkrarlandı, moderatorun qərəzi də Paşinyanı xilas edə bilmədi.

Azay Quliyev,
Milli Məclisin deputatı
432011.jpg (57 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR