İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəyə qarşı çıxan direktoru polis apardı

844 21.12.2022 18:23 Region A A

Yekaterinburq Tarix Muzeyinin direktoru İqor Puşkaryov səhər saatlarında polis tərəfindən dindirilmək üçün aparılıb.

Musavat.com xəbər verir ki, Puşkaryov sorğunun səbəblərini şərh etməyib. “It's My City” saytının bildirdiyinə əsasən, Puşkaryova qarşı feysbuk sosial şəbəkəsindəki yazıya görə “Rusiya ordusunu nüfuzdan salmaq” maddəsi ilə protokol tərtib edilib.

Bundan əvvəl Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Yekaterinburq meri Aleksey Orlova məktub yazaraq Puşkaryovun işdən çıxarılmasını tələb etmişdi. Priqojin bildirib ki, Puşkaryov muzeyi idarə edə bilmir, çünki o, Ukraynadakı müharibəyə qarşı çıxıb. Üstəlik o, indiki hakimiyyəti fəal şəkildə tənqid edib və müxalif siyasətçi Aleksey Navalnıya dəstək verib. Bundan əlavə, Priqojinin iddiasına görə, Puşkaryov jurnalist olarkən açıq şəkildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kuratorlarının göstərişlərini yerinə yetirirmiş.

Aleksey Orlov isə muzey direktorunu işdən çıxarmaqdan imtina edib. “Əgər bu gün Yevgeni Priqojinin müraciəti əsasında rəsmi strukturlar bəzi faktları təsdiqləsələr, onu işdən çıxarmaq üçün əsasımız olacaq. Yoxsa, qoy işləsin”, - Orlov bildirib.

Qeyd edək ki, Puşkaryov 1 həftə əvvəl muzeyin direktoru təyin edilmişdi. Lakin bu gün onun bu vəzifəyə təyinatı dayandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR