"Mənim həqiqəti deyəndə itirəcək bir şeyim yoxdur. Mən toylardan dolanan bir insan deyiləm ki, kiminsə adın çəkərəm, o mənim müəyyən işlərimə mane olar. Çox da mane olsun, heç nə dəyişməyəcək".
Bunu hər zaman sakit təbiəti ilə yadda qalan müğənni Pərvin Lətifov "Gün ortası" verlişində Əməkdar artist Çingiz Əhmədovla dialoqu zamanı bildirib.
"Mən qarşımda əyləşən insanla nə danışacağımı bilirəm. Mən iki mahnı öyrənib, dünən-srağagün ortaya çıxan bir insan deyiləm. Mən bütün həyatımı təhsilə həsr etmiş bir insanam", - deyə müğənni fikirlərinə əlavə edib.
Pərvin Lətifovun sərt çıxışına mane olmağa çalışan Zümrüdə cavabı da sakit olmayıb:
"Danışanda icazə verin ya mən fikrimi deyim, problemi ortaya çıxaraq ki, bunun nəticəsi nə olacaq. Amma qoymursunuz danışmağa. Qoymursunuzsa, mənə niyə sual verirsiniz? Mənim danışmağımdan siz qorxursunuzsa, həqiqəti deməliyəm. Çingiz müəllim, siz həqiqəti deməlisiniz".
Pərvinin odlu-alovlu çıxışının ardı videoda:
Titul.az