Los-Ancelesdə yanğın komendant saatını pozan iki nəfər həbs edilib.
Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, yanğınların davam etdiyi zamanda ABŞ-nin vitse-prezidenti Kamala Harrisin evində oğurluq edildiyi iddiası yayılıb.
ABC7 kanalının məlumatına görə, saxlanan şəxslərin oğurluqla əlaqəsinin olub-olmaması barədə dəqiq məlumat yoxdur.
Lakin açıqlamaya görə, Harrisin evakuasiya zonasında olan Brentvud bölgəsindəki evində oğurluq faktı aşkar edilməyib.
Sosial mediada K.Harrisin evindən başqa, aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsnegger və NBA ulduzu LeBron Ceyms və digər məşhur insanlara məxsus malikanələrin olduğu Brentvuddan görüntülər yayılır.
Nigar HƏSƏNLİ,
Musavat.com