İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mossad"ın adına saxta səhifə var imiş - FOTO

445 07.11.2023 14:30 Dünya A A

Sosial mediada İsrailin kəşfiyyat xidmətinə aid olduğu iddia edilən səhifə Yaxın Şərqdəki müharibə ilə bağlı dezinformasiya yayır.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, İsraillə HƏMAS arasında müharibə başlayandan özünü hökumət strukturları kimi təqdim edən saxta hesablar peyda olmağa başlayıb.

Bu günlərdə İsrailin "Mossad" kəşfiyyat xidmətinə aid olduğu iddia edilən səhifə də onlardan biridir.

MOSAD.jpeg (150 KB)

 

"X" platformasında olan bu səhifə ilk baxışdan real hesaba bənzəyir. Hesabın 130 mindən çox izləyicisi və rəsmi "Mossad" loqosu var. O, həmçinin təsdiqlənmiş hesabı göstərmək üçün istifadə edilən mavi Tvitter işarəsinə malikdir. Lakin məlumdur ki, İlon Mask bu funksiyanı ödənişli edib. Bu hesabdakı yazıların əksəriyyəti İsrail və HƏMAS arasındakı müharibə haqqındadır. Bu təfərrüatlar bir çox sosial media istifadəçisini və hətta jurnalistləri bunun həqiqi hesab olduğuna inandırıb. Bu məlumatı hələ oktyabrın 15-də BBC-nin fakt yoxlayıcı jurnalisti aşkar edib. O, əsl münaqişə anı kimi təqdim edilən video oyunundan bir hissə paylaşıb. Hesab bundan sonra adını "Mossad Commentary" olaraq dəyişib və çaşdırıcı məlumatlar dərc etməyə davam edir. Xüsusilə vurğulanmalı məqam Yəmənin İsrailə müharibə elan etdiyi iddiası ilə bağlıdır, halbuki Yəmən hökuməti heç vaxt bunu etməyib.

Paytaxta nəzarət edən husi üsyançıları keçən həftə İsrail hədəflərinə raket zərbələri endiriblər. Lakin dünyanın çox hissəsi Yəmənin liman şəhəri Ədən və Ər-Riyadda fəaliyyət göstərən eks-prezident Hadi hakimiyyətini ölkənin qanuni lideri kimi tanıyır.

"Associated Press"in məlumatına görə, raket və dron zərbələri əhəmiyyətli dərəcədə eskalasiyanı ifadə etsə də, üsyançı qrupun açıqlaması tammiqyaslı müharibəyə keçiddən xəbər vermir. Eyni xəbər HƏMAS silahlılarının uşağı sobaya qoyaraq öldürməsi ilə bağlı şayiələri də gücləndirib. Əsassız iddia İsrailin fakt yoxlama saytı "Fake Reporter" tərəfindən təkzib edildi, lakin bir çox insan "Mossad"ın uşağın ölümünü rəsmən təsdiqlədiyini düşündü. Hələ də silinməyən paylaşıma 2,5 milyon dəfədən çox baxılıb.

Qeyd edək ki, "Mossad"ın yeganə rəsmi "X" hesabı 2020-ci ildən bəri deaktivdir, 14 000 abunəçisi var, əsasən işə götürməyə diqqət yetirir və cari hadisələrlə bağlı şərh vermir.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR