İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın mərkəzindəki ofisdə maliyyə şirkətinin əməkdaşı güllələnib - VİDEO

369 11.07.2022 19:49 Hadisə A A

Maliyyə firmasının əməkdaşı Moskvanın mərkəzindəki ofisdə güllələnərək öldürülüb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova məlumat verib.

“İstintaqın məlumatına görə, iyulun 11-də səhər saatlarında Moskvanın Kojevniçeskaya küçəsində maliyyə-kommersiya təşkilatının binasında 1971-ci il təvəllüdlü işçinin meyiti tapılıb”, - deyə İvanova bildirib.

Qətlin ötən gecə baş verdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, paytaxt administrasiyasının müstəntiqləri və kriminoloqları hadisə yerində işləyirlər, qətldə əli olan şəxslər müəyyənləşdirilir. İstintaqın gedişinə Moskva Prokurorluğu nəzarət edir. Hadisə yerində hüquq-mühafizə orqanlarının işini Mərkəzi İnzibati Dairə prokurorunun müavini Aleksandr Kutuzov, Zamoskvoretski rayonlararası prokuroru Yelena Melikova və onun müavini Oleq Jilin koordinasiya edirlər.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR