İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ

5142 12.12.2023 20:57 Region A A

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır.

Musavat.com-un məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq" - Qaluzin TASS-a müsahibəsində bildirib.

Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq.

Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR