İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva meriyasından ŞOK SƏHV

1524 02.10.2023 17:07 Region A A

Moskvada xüsusi xidmət orqanlarının məxfi ünvanları meriya tərəfindən bilinməyən səbəblərə görə ictimaiyyətə sızdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Dosye” mərkəzi məlumat yayıb.

Məlum olub ki, meriyanın müvafiq saytında elektrik enerjisindən ayrılması qadağan olunan obyektlərin siyahısı dərc olunub. Burada tibb müəssisələrindən və Rusiya Dəmir Yollarının obyektlərindən tutmuş, reyestrdə dövlət sirlərini ehtiva edən məlumatlar - kəşfiyyat xidmətinin qərargahının ünvanları və konspirativ mənzillərin yerləri göstərilib.

Məsələn, “Dosye” mərkəzi Moskvada Profsoyuznaya küçəsi 91 ünvanında Xarici Kəşfiyyat Xidmətinin (XKX) iki məxfi mənzilini tapıb. Bundan başqa, Serebryanıy Bor küçəsində XKX-də qeydiyyatda olan və xüsusi mühafizə olunan evlər aşkarlanıb.

Siyahıdakı bəzi ünvanlar Federal Mühafizə Xidmətinə (FMX) aiddir. Bundan başqa, siyahıda Federal Penitensiar Xidmətin konspirativ evlərinin, Müdafiə Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin obyektlərinin ünvanlarını tapmaq mümkündür.

Bu cür məlumatlar dövlət sirri kimi təsnif edilir. Onların dərci Rusiya Federasiyası Cinayət Məcəlləsinin 283-cü maddəsi (“Dövlət sirrinin açıqlanması”) ilə cəzalandırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR