İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir

406 21.01.2023 21:13 İqtisadiyyat A A

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir.

"Report"un Moldova Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahit Kirişçiylə görüşündə deyib.

"Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var", - Bolea bildirib.

Nazirin sözlərinə görə, Kişinyov tərəvəz emalı və suvarma sahəsində Türkiyə təcrübəsini mənimsəməyi planlaşdırır. Bundan əlavə, ölkə Türkiyə bazarına heyvandarlıq məhsulları ilə çıxmaq niyyətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR