İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova prezidenti Qüdsi Osmanovu "Şərəf" ordeni ilə təltif etdi - FOTOLAR

718 13.12.2023 18:19 Siyasət A A

Moldova Respublikasının Prezidenti Maya Sandu bu gün Moldovada diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovu qəbul edib.

Musavat.com xəbər verir ki, Moldovanın ölkə başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Maya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR