İnsanlara hürriyət, millətlərə istiqlal!

MMA döyüşçüləri canlı efirdə dalaşdılar – VİDEO

925 17.10.2022 14:24 İdman A A

Rusiyalı qarışıq döyüş növləri (MMA) ustaları Bibert Tumenov və Andrey Qonçarov “Matç Boyets” telekanalının canlı yayımı zamanı dava ediblər.

Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, əvvəlcə idmançılar arasında söz dueli olub.

Tumenov bəyan edib ki, Qonçarov onun qarşısında titrəyir və elə indi məsələni yoluna qoymağı təklif edir. Bundan sonra döyüşçülər arasında dava düşüb.

Qeyd edək ki, rəqiblər noyabrın 4-də Moskvada keçiriləcək ACA 147 turnirində qarşılaşacaqlar.

Tumenov MMA döyüşlərində keçirdiyi 13 döyüşdə 11 qələbə və iki məğlubiyyət alıb.

Qonçarovun hesabında isə qarışıq döyüş növləri üzrə 17 döyüşdə 14 qələbə və 3 məğlubiyyət var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR