İnsanlara hürriyət, millətlərə istiqlal!

MKİ rəhbərinin GİZLİ SƏFƏRİ - Danışıqların mövzusu MƏXFİ SAXLANILIR

709 23.01.2026 20:38 Dünya A A

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Polşaya gizli səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə RMF FM Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Ratkliffin səfəri bu yaxınlarda baş tutub. Səfər zamanı o, Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış, eləcə də daxili işlər naziri və kəşfiyyat xidmətlərinin koordinatoru Tomaş Simonyak ilə görüşüb.

RMF FM-in mənbələri aydınlaşdırıb ki, "Danışıqların mövzusu məxfi olaraq qalır".

Polşa Xəbər Agentliyi (PAP) da MKİ rəhbərinin gizli səfəri barədə məlumat yayıb. Agentliyin Müdafiə Nazirliyindəki mənbələrinə görə, Ratkliffin Kosinyak-Kamışla görüşü həftənin əvvəlində baş tutub.

Qeyd edək ki, Con Retkliff ötən ilin yanvar ayında, Donald Trampın Ağ Evə qayıtmasından qısa müddət sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsini icra etməyə başlayıb. Əvvəlki prezidentlik müddətində Retkliff ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsində çalışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR