İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan anormal mövqe

1436 27.07.2023 20:45 Region A A

“Regionda uzunmüddətli sülhün əldə edilməsi kontekstində Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərinin həllinin zəruriliyi ilə bağlı Ermənistan tərəfinin mövqeyi dəyişməyib”.

Musavat.com bildirir ki, bu destruktiv mövqeyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.

Mirzoyan bunu İrəvanın Bakı-Xankəndi dialoqu üçün “beynəlxalq mexanizmdə israr etməkdə davam etməsi” ilə bağlı iddianı şərh edərkən deyib.

“Biz dəfələrlə vurğulamışıq ki, bu məsələlər Bakı-Stepanakert dialoqu çərçivəsində həll edilməlidir və bu dialoqun səmərəliliyi yalnız beynəlxalq iştirak və effektiv mexanizm vasitəsilə təmin edilə bilər”, - deyə, nazir bildirib.

Göründüyü kimi, Ermənistan qeyri-konstrukiv mövqe sərgiləməkdə, Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR