İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan gürcü həmkarı ilə bu məsələləri MÜZAKİRƏ ETDİ

393 03.07.2024 14:15 Region A A

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.

Musavat.comSputnik Gürcüstan”a istinadən xəbər verir ki, Mirzoyan artıq Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərini, o cümlədən regionda və dünyada baş verən prosesləri müzakirə ediblər.

Görüşdən sonra Mirzoyan Darçiaşvilini Ermənistana rəsmi səfərə dəvət edib.

"Gürcüstan Bakı və İrəvanın dövlət sərhədinin delimitasiyası prosesinə başlamaq barədə tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesi müsbət dinamikanı qoruyub saxlayacaq", - Darçiaşvili Tiflisdə erməni həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib.

Qeyd olunub ki, Mirzoyan Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə də görüşəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR