İnsanlara hürriyət, millətlərə istiqlal!

Miodraq Bojoviç "Neftçi" rəhbərliyindən bu qədər TRANSFER İSTƏDİ

1841 08.01.2024 20:37 İdman A A

«Neftçi» 2024-cü ilin yanvarında 2 transfer etməyi planlaşdırır.

Bu, ötən ilin dekabrında Adrian Mutunu baş məşqçi postunda əvəzləyən Miodraq Bojoviçin istəyidir.

Monteneqrolu mütəxəssisin hansı mövqeləri gücləndirmək istəməsi də məlumdur - o, sol cinah vingeri və hücum xəttinə legionerlərin alınmasında maraqlıdır.

Bu da başadüşüləndir. Balkanlı çalışdırıcı onun təyinatından öncə düşərgəni tərk edən Kenni Sayefin boşluğunu doldurmaq niyyətindədir.

56 yaşlı sükançı həmçinin Aaron Olanarenin yerinə daha səviyyəli forvard gətirmək fikrindədir.

Bojoviç istəkləri barədə klub funksionerləri ilə məsləhətləşib və onların da razılığını alıb.

Uzun illər Rusiyada müxtəlif komandalara rəhbərlik etmiş monteneqrolu bu qənaətdədir ki, indiki məqamda xeyli sayda transfer əməliyyatı həyata keçirməyə ehtiyac yoxdur, çünki sərəncamında olanların sayı kifayət qədər çoxdur./sportinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR