İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder “oğru”nun yarım milyon dollarlıq atları müsadirə olunub

1273 17.10.2023 12:52 Kriminal A A

İki həftə əvvəl öldürülmüş qırğız “oğrubaşı” Kamçı Kolbayevin yarım milyon dollar dəyəri olan cins atları müsadirə edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kolbayevin əmlakının axtarışı davam etdirilir. Müstəntiqlər dəyəri 500 min dollardan çox olan səkkiz damazlıq at götürüblər. Bunlar əsasən safqanlı cins ingilis atlarıdır.

MTN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi çərçivəsində aparılan əməliyyat-istintaq tədbirləri zamanı müsadirə edilən damazlıq atların ən bahalısı "Baş Qaşqa”dır, onun qiyməti 150 min dollardır. Sonrakı, “Komandir”, “Roşan” və Donçak” adlanan atların hər birinin qiyməti isə 100 min dollar təşkil edir.

Bundan başqa, Kolbayevin “Kunduz” və “Baytay” adlanan cins atlarının 50 min dollar dəyərində qiymətləndirilir.  Kriminal avtrotti 15 və  5 min dollar dəyərində başqa atları da müsadirə olunub.

Kolbayev təhlükəsizlik qüvvələrinə müqavimət göstərərkən öldürülüb. Prezident Sadır Japarov onun öldürülməsi ilə bağlı araşdırılma aparılması üçün hərbi prokurorluğa göstəriş verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR