İnsanlara hürriyət, millətlərə istiqlal!

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

599 19.10.2022 23:50 İdman A A

Fransa millisini və İtaliya "Milan"ının qapıçısı Mik Menyan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

"Report" "Sky Sport Italia" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper əvvəlki zədəsini yeniləyib.

Məşq zamanı baldırında ağrı hiss edən təcrübəli oyunçu qeyri-müəyyən müddətə sıradan çıxıb. Onun yaşıl meydanlardan nə qədər kənar qalacağı tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Fransa yığması Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR