İnsanlara hürriyət, millətlərə istiqlal!

Mikayıl Cabbarov: "Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2 % artıb"

436 16.01.2023 11:34 İqtisadiyyat A A

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.

2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub", - M.Cabbarov bildirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR