İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyxanaçı Kərimlə bağlı xoş xəbər

1476 20.02.2024 00:10 Şou-biznes A A

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərim barədə xoş xəbər var.

Meyxanaçının oğlu Kamil atasının vəziyyəti barədə bildirib ki, bir müddət öncə Kərimin vəziyyəti çox pis olsa da ,indi halı yaxşılığa doğru bir qədər dəyişib.

“Evdə müalicəsi davam edir. Gündəlik dərman müalicəsi alır. 2 gün öncə dostu, meyxanaçı Ağamirzə yanına baş çəkməyə gəlmişdi, onu tanıdı. Əslində ətrafındakıları tanıması bir az vəziyyətinə bağlıdır. Azca yüngülləşəndə tanıyır, bir neçə kəlmə danışır. Vəziyyəti ağırlaşanda susur. Heç nəyə cavab vermir, heç kimə reaksiya göstərmir”, - o bildirib.

Qeyd edək ki, 60 yaşlı meyxanaçı Kərim Novruzov 2017 və 2021-ci illərdə insult keçirib. Eyni zamanda şəkər xəstəliyindən də əziyyət çəkən sənətkar uzun müddətdir yataq xəstəsidir.//Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR