İnsanlara hürriyət, millətlərə istiqlal!

Meyxanaçı 52 yaşında nişanlandı

1110 23.06.2024 17:17 Şou-biznes A A

Məşhur meyxanaçı Vüqar Qobulu (Vüqar İmamcanov) ailə həyatı qurmağa hazırlaşır.

O, sənət yoldaşları və yaxınlarının iştirakı ilə nişan mərasimi keçirib. Bu, 52 yaşlı söz ustadının ilk evliliyi olacaq. 

Qeyd edək ki, "De, gəlsin!" yarışmasından tanınan meyxanaçı Vüqar Qobulu bir müddət əvvəl  "Maqazin Plus"a açıqlama verərək evlilik təklifinin qarşı tərəfdən gəldiyini bildirib. Xanımın məşhur biznesmen ailəsindən olduğunu bildirən meyxanaçı toyunu tam fərqli şəkildə keçirəcəyini də demişdi. O, sağdış və soldış olaraq həmkarları Balaəli Maştağalı və Orxan Lökbatanlını görmək istədiyini söyləmişdi. (olay)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR